AZƏRBAYCANDA EKSKURSİYALAR

Tur seç
Düzəliş
Sifariş

Misilsiz Tarix Turu - Bakı muzeyləri

6.8
Yaxşı
17 reviews

Gəzinti Turları, İncəsənət və Mədəniyyət

Direction: Bakı
Duration: 9 saat

Misilsiz Tarix Turu - Bakı muzeyləri Misilsiz Tarix Turu - Bakı muzeyləri Misilsiz Tarix Turu - Bakı muzeyləri Misilsiz Tarix Turu - Bakı muzeyləri Misilsiz Tarix Turu - Bakı muzeyləri Misilsiz Tarix Turu - Bakı muzeyləri

Tur haqqında

Azərbaycanın mədəniyyət mərkəzi kimi, Bakı ölkənin milli mədəniyyətini və kimliyini qoruyub saxlayan bir çox tarixi və incəsənət muzeylərinə malikdir. Burda başqa bir yerdə tapıla bilməyəcək bir sıra muzeylər də var. Azərbaycanın maraqlı tarixini və nailiyyətlərini, nadir əsərlərini görmək üçün bu turu sizə məsləhət görürük.

Miniatür Kitablar Muzeyi

2002-ci il aprelin 2-dən Bakı şəhərində fəaliyyət göstərən dünyada ilk özəl miniatür kitab muzeyi İçəri Şəhərdə, Şirvanşahlar Sarayının yaxınlığında yerləşir. Muzeyin ekspozisiyası 27 vitrində yerləşdirilmişdir. Vitrinlərə 73 ölkədə nəşr edilmiş 3750 miniatür kitab düzülmüşdür. Muzeyin kitab fondunda isə 5300-dən çox miniatür nəşr var. Muzeyə gələnlər Azərbaycan, Rusiya, ABŞ, Yaponiya, İngiltərə, Fransa, İtaliya, Almaniya, Çexiya, Slovakiya, Macarıstan, Kuba, İsveçrə və keçmiş SSRİ respublikalarında nəşr edilmiş miniatür kitablarla tanış ola bilərlər. Dünyanın 62 ölkəsində çap olunan, olduqca rəngarəng kitablar turistlərə təqdim olunur. Kitabların əksəriyyəti ingilis dilində çap olunanlardır. Onların ölçüsü 2 millimetrdən 10 millimetrə qədərdir. Kolleksiyadakı ən kiçik kitab Yaponiyada çap edilən 3 mikrokitabdır. Kitablar – "Doğum daşı", "Zodiak nişanları və onun rəmzləri", "Güllərin dili" adlanır. Bu kitablar 1979-cu ildə nəşr olunub. Onların cildi qoyun dərisindən düzəldilib, ölçüsü isə 2×2 millimetrdir.

Burada olan kitabların çoxunun yaşı 100 ildən artıqdır. Muzeyin ən "qoca" kitabı 1672-ci ildə Səudiyyə Ərəbistanında nəşr olunan Quran kitabıdır. Muzeydə məşhur "Beatles" qrupunun mahnılarının sözləri toplanan və cəmi 5 nüsxəsi olan mini kitab da var. Muzeydə olan 4300 kitab 35 vitrində nümayiş olunur.

Milli Azərbaycan Tarixi Muzeyi

2010-cu ildə Milli Azərbaycan Tarixi Muzeyinin 90 yaşı tamam olub. Fəaliyyətinin ilk dövründə Azərbaycan Dövlət Muzeyi adını daşıyan muzey 1936-cı ildən tarix profilinin gücləndirilməsi ilə əlaqədar bu günkü adı ilə işini davam etdirmiş, uzun illər ərzində vətən tarixinin bütün dövrlərini əks etdirən ekspozisiyası və sərgiləri ilə ziyarətçilərin diqqətini cəlb etmiş, rəğbətini qazanmışdır. Bu gün muzeyin müxtəlif fondlarında vətən tariximizi yaşadan 300 minədək maddi mədəniyyət nümunəsi qorunur. Muzeyin kitabxanasında 80 mindən artıq, əsasən, XIX-XX əsrin əvvəllərində çap olunmuş nadir jurnal, kitab və qəzetlər toplanmışdır. Muzeyin - Bakının ən gözəl memarlıq abidələrindən olan binası 1895-1896-cı illərdə, o vaxtlar şəhərin baş memarı vəzifəsini daşıyan polşalı İosif Qoslavskinin layihəsinə əsasən tikilmişdi. Məşhur sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkü olan bu sarayda 1920-ci ildən bəri fasilələrlə muzey fəaliyyət göstərir. Muzeyin 10 otağında Azərbaycan xalqının görkəmli oğlu Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin açılması vətəninə və xalqına hədsiz xidmətlər göstərmiş “el atası”nın xatirəsini əbədiləşdirmiş, onun həyat və fəaliyyətini işıqlandırmışdır.

Nobel qardaşları muzeyi (Villa Petrolea)

Bakıda Nobel qardaşları muzeyi 2008-ci ildə açılıb. Nobel qardaşlarının 1882-ci ildə inşa etdikləri, “Villa Petrolea” adlandırılan kompleksin bərpası İsveç hüdudlarından kənarda ailənin ilk muzeyinin yaradılması üzrə Nobel nəslinin Bakı fondunun vacib addımlarından biri olub. Burada Nobel ailəsinin istifadə etdiyi məişət və interyer predmetləri toplanıb. Robert, Lüdviq və Alfred Nobel qardaşları 1879-cu ildə “Nobel qardaşları neft istehsalı ortaqlığı” firmasının əsasını qoyublar. Firma əsas fəaliyyətini Bakıda və Abşeronda həyata keçirib. Qardaşların Bakı nefti əməliyyatlarından əldə etdikləri kapital dünyanın ən nüfuzlu mükafatlarından olan Nobel mükafatının material bazasının təxminən 20 faizini təşkil edib.

Villa tanınmış isveçli memar Lindval tərəfindən yerli əhəngdaşı və oduncaqdan istifadə edilməklə Vizantiya üslubunda tikilib. Binada Bakıda və regionda ilk dəfə olaraq “Bells” telefonu və havalandırma sistemi quraşdırılıb. “Villa Petrolea” 1920-ci ilədək Nobel qardaşlarının mülkiyyəti olub. Kompleksin peşəkar bərpası nəticəsində onun təmtərağı və Skandinaviya üslubu özünə qayıdıb.


Tur proqramı

10:00 - Bakı şəhərində yerləşən müxtəlif muzeylərə ekskursiyanın başlanması - İçəri şəhərdə yerləşən Miniatür Kitab Muzeyi 

11:30 - "Qız Qalası" (VII-XII əsrlərə aid ekspozisiya ilə yaxından tanışlıq) 

13:30 - Nahar fasiləsi 

15:00 - Azərbaycan Dövlət Tarixi Muzeyi 

16:30 - Nobel qardaşlarının ev muzeyi (Villa Petrolia) 

18:30 - Otelə qayıdış

Başlama tarixi

Bələdçi
Sarənişin (lər)
Ümumi qiymət:

Üstünlüklər

Sabit qiymətlər
Asan rezervasiya
24/7 dəstək
Pulsuz ləğv etmə
Etibarlı və peşəkar sürücü
Şəxsi qəza sığortası
Lisenziyalı professional bələdçi
WiFi ilə təchiz olunmuş nəqliyyat vasitələri
Meyvə və su
Qiymətlər 20% aşağı
Sonrakı tur üçün 5% endirim
Şirkət tərəfindən təqdim olunan hədiyyə

Qiymətə daxildir

Transfer
Gəzinti turu
Gəzinti obyektlərinə giriş biletləri və ödəniş
Peşəkar şəxsi sürücü
Meyvə və su
Kondisioner sistemi ilə təchiz edilmiş nəqliyyat vasitəsi

Qiymətə daxil deyil

Nahar
Yerləşdirmə

Tövsiyyə olunan turlar
---
Özəl
5 gündə Bakının ən yaxşısı
8.3 Əla
21 rəy

Direction: Bakı
Duration: 5 gün

 
395 USD dan
4 Günlük Bakı Turu
9.8 Möhtəşəm
93 rəy

Direction: Bakı-Abşeron-Qobustan
Duration: 4 gün

300 USD    
168 USD dan
---
Özəl
4* JARA Turu 3 Gecə
9.7 Möhtəşəm
121 rəy

Direction: Bakı
Duration: 4 gün

 
172 USD dan

AZƏRBAYCAN RESPUBLİKASI ELEKTRON VİSA PORTALI

Bülletene uğurla üzv olun və bütün yeni xəbərləri əldə edin
Azerbaijan Airport Transfers and Driver Services

Heydər Əliyev pr. 152, "Çinar Plaza"

+994554500066, +994554500099

[email protected]

Payment methods