04.08.2018

Chenot Palace Health Wellness Hotel qeyri-adi müalicə və dünya səviyyəli xidmətlər təklif edir

Qafqaz meşələrində yerləşən Chenot Palace oteli insan orqanizminin istənilən ehtiyaclarını təmin edəcək ideal müalicə və unikal proqramlar təklif edir.

Qəbələdəki Nohur gölünə mənzərəsi olan, şam meşəsinin əhatəsində və Bakıdan cəmi iki saat yarımlıq məsafədə yerləşən Chenot Palace oteli müalicə, güc və enerji yığımı üçün ideal yerdir.

Lets-go.travel-in sürücüsü Sizi hava limanından və ya təyin olunmuş yerdən götürərək möhtəşəm Chenot Palace otelinə çatdırmaqdan məmnun olacaqdır. Bu, müasir tibbi diaqnostika xidmətləri təklif edən unikal tibbi kurortdur.

Chenot Palace otelinə gəldikdə Siz gözəl təbiətin, göl və şəlalələrin əhatəsində olacaqsınız. Qəbələ beynəlxalq hava limanı ilə gəlmək istəsəniz, hava limanı Chenot Palace otelindən cəmi 25 dəqiqəlik məsafədə yerləşir.

Siz Chenot Palace-də bioenergetik müalicə, çəki azaltma və metabolik optimallaşdırma proqramları, bədən tərkibinin analizi, stressdən sonra bərpa, prosedurların enerjili masajla bərpası və bu kimi digər qabaqcıl texnoloji sessiyalardan faydalana bilərsiniz.

Qəbələ rayonundakı göllərin sükutu, gözəl şəlalələrin enerjisi və təpəciklərin yaraşıqlığı  buraları seyr etmək üçün cənnət-məkana çevirir. Burada Siz unikal müalicə üsullarından istifadə etməklə yeni enerji toplayıb, səhhətinizi yaxşılaşdıra bilərsiniz.

Burada  xidmətlərdən yeməyə, heyətdən təbiətə qədər hər şey, həmçinin oteldəki yüksək komfort Sizin yaşadığınız anları unudulmaz edəcəkdir! Bu otel cani-qəlbdən istirahət etmək istəyənlər üçündür! Sükut və sakitlikdə uzunmüddətli gəzintilər, dağların, göl və təbiətin möhtəşəm əhatəsi, sözün  əsl mənasında, nəfəskəsicidir.

 

 

Nəzərə alın ki, Chenot Palace otelinin yaxınlığında ecazkar Nohur gölü yerləşir. Göldən Qafqaz dağlarına açılan möhtəşəm mənzərə, buranın təmiz havası və suyu, sakit mühiti və quşların səsi istirahət üçün ideal mühit formalaşdırmış olurlar . Siz həm də qayıq götürüb ətraf landşaftdan həzz ala bilərsiniz.

Bununla belə, unutmayın ki, Chenot Palace yolu üzərində çoxsaylı görməli və gəzməli yerlər vardır. Bunlardan biri Gabala Shooting club-dur. Atış klubuna giriş pulsuzdur. Sizə yalnız güllə qutusu almaq qalır. Siz zamanla yaşayıb həzz alacaqsınız, çünki buralar aktiv istirahət üçün ən maraqlı  məkanlardan biridir.

Chenot Palace-də olsanız mütləq Yeddi Gozel şəlaləsi seyr edin. Bu çox gözəl və sakit yerdir. Siz şəlaləni görmək üçün təxminən 10 dəqiqə zirvəyə doğru  istiqamətlənəcəksiniz. Bura, həqiqətən də, seyr etməli olan möhtəşəm yerdir!

Bilin ki, variant olaraq Qəbələdə digər mötəbər və xudmani otellər də var. Belə otellərdən biri də dağlıq ərazisi və xizək gəzintisi ilə məşhur olan Qafqaz Tufandag Mountain Resort Hotel-dir.

Variantlardan biri də Qəbələdə Qafqaz dağlarının ətəyində yerləşən Qafqaz Resort Hotel-dir. Bu 5-ulduzlu otel spa-mərkəz, açıq hovuz, trenajor zalı, pulsuz Wi-Fi və boulinq təklif edir.

Lets Go ilə Qəbələnin harmoniyasını hiss edin!

 

 

Azərbaycanı kəşf et - Şərqlə Qərbin kəsişdiyi ölkə!

Azərbaycanı kəşf edin - Şərqin Qərblə kəsişdiyi ölkə! Gözəllik, cazibədarlıq və macəra ilə dolu gözəl bir dünyada yaşayırıq. Yalnız gözlərimizi açıb axtarsaq, əldə edə biləcəyimiz sərgüzəştlərin sonu yoxdur

19.09.2019
Müxtəlif Paxlava Növlərinin Hazırlanma Qaydası

Azərbaycan Mətbəxinin ən dadlı təamlarından biri olan paxlavanın 3 əsas növünün hazırlanması haqda danışırıq.

17.09.2019
Bülletene uğurla üzv olun və bütün yeni xəbərləri əldə edin
Azerbaijan Airport Transfers and Driver Services

Heydər Əliyev pr. 152, "Çinar Plaza"

+994554500066, +994554500099

[email protected]

Payment methods