16.08.2018

Azərbaycanın valehedici muzeyləri

Siz öyrənmək, qürurlanmaq və ilhamlanmaq üçün məkan axtarırsınız? Muzey  ziyarəti sanki gözəllik, həqiqət axtarışına və həyatımızın mənasının dərk edilməsinə bənzəyir. LETS GO komandası Sizə muzeyləri müntəzəm olaraq ziyarət etməyi tövsiyə edir.

Heydər Əliyev Mərkəzi Bakıya gəldiyiniz ilk gündə ziyarət etməli olacağınız muzeylər siyahısında birinci yeri tutmalıdır. Layihəsi məşhur memar Zaha Hadid tərəfindən hazırlanmış və göylərə sanki dalğavari yüksəlişi təcəssüm edən bu unikal bina müasir Azərbaycanın simvoluna çevrilmişdir. Burada qədim avtomobillər, müasir incəsənət nümunələri, Azərbaycan tarix və mədəniyyətinə aid çoxlu sayda daimi və müvəqqəti eksponatlar nümayiş olunur. Muzeyin unikal və maraqlı güşələrindən biri kimi burada müntəzəm olaraq təşkil olunan dünyaca məşhur klassik retro-avtomobillərin sərgisini göstərmək olar. Bu arada LETS GO şirkətinin ölkədə Moskviç, Qaz Volqa, Qaz-M20 Pobeda, Zaporojes və Çayka kimi klassik retro-avtomobillərdə turlar təklif edən yeganə şirkət olduğunu diqqətinizə çatdırmağı özümüzə şərəf və borc bilirik. Bu səbəbdən də klassik retro-avtomobillərdə təşkil etdiyimiz turların üstünlüklərindən faydalanmağı Sizə tövsiyə edirik.

Bakı dənizkənarı bulvarda gəzinti zamanı qarşınıza Azərbaycan Xalça Muzeyinin möhtəşəm və fərqli üslubda inşa edilmiş binası çıxacaqdır. Nəhəng bükülmüş xalçanı xatırladan bu muzeydə Siz dövrlərə aid çoxsaylı xalça nümunələri görə biləcəksiniz.

Heykəltəraşlıq və müasir incəsənətlə məşğul olursunuzsa və bu incəsənət növünə maraq göstərirsinizsə, Sizin Müasir incəsənət muzeyini ziyarət etməyiniz yerinə düşər. Burada XX əsr Azərbaycan avanqardçılarının şəkil və heykəllər kolleksiyası, eləcə də Pikasso, Mark Şaqal və Salvador Dali kimi Avropa klassiklərinin əsərlər toplusu yer almışdır.

Səfər proqramı çərçivəsində növbəti ziyarətiniz Azərbaycan Milli İncəsənət Muzeyinə olacaqdır. Azərbaycanın aparıcı və böyük incəsənət mərkəzlərindən olan bu muzeydə qədim və müasir zamanları əks etdirən təsviri incəsənət əsərləri nümayiş olunur. Muzeyin birinci mərtəbəsində Siz Qərbi Avropa rəssamlarının, həmçinin məşhur Rusiya rəssam və heykəltəraşlarının əsərlərindən ibarət kolleksiyalarını görə biləcəksiniz. İkinci mərtəbədə Azərbaycan rəssamlarının əsərləri və XVI-XVII əsrlərə aid bədii əşyalar yerləşdirilmişdir. Muzeyin üçüncü mərtəbəsində isə məşhur və müasir rəssam və heykəltəraşların əsərlərinin nümayiş olunduğu beynəlxalq və respublika sərgiləri keçirilir.

Muzeylər – zamanın sanki kosmosa çevrildiyi bir məkandır. LETS GO komandası həyatınızı gözəlliklə, məna və ixtiraçılıqla zənginləşdirməyi təklif edir.

Azərbaycanı kəşf et - Şərqlə Qərbin kəsişdiyi ölkə!

Azərbaycanı kəşf edin - Şərqin Qərblə kəsişdiyi ölkə! Gözəllik, cazibədarlıq və macəra ilə dolu gözəl bir dünyada yaşayırıq. Yalnız gözlərimizi açıb axtarsaq, əldə edə biləcəyimiz sərgüzəştlərin sonu yoxdur

19.09.2019
Müxtəlif Paxlava Növlərinin Hazırlanma Qaydası

Azərbaycan Mətbəxinin ən dadlı təamlarından biri olan paxlavanın 3 əsas növünün hazırlanması haqda danışırıq.

17.09.2019
Bülletene uğurla üzv olun və bütün yeni xəbərləri əldə edin
Azerbaijan Airport Transfers and Driver Services

Heydər Əliyev pr. 152, "Çinar Plaza"

+994554500066, +994554500099

[email protected]

Payment methods