29.08.2018

Azərbaycanda təşkil olunan unudulmaz konsertlər, ənənəvi şou və teatr tamaşaları

Hər il yay aylarında Qəbələ şəhərində caz festivalının keçirildiyini bilirdinizmi? Qəbələ Beynəlxalq Musiqi Festivalı – hər yay fəsli bütün dünyadan milyonlarla caz həvəskarını bir araya toplayan ənənəvi və mötəbər tədbirdir. Festivala Dmitri Yablonski (Qremmi mükafatının laureatı), Yuri Başmet, Olqa Yermakova, Janna Qandelman, Noel Buday, Marko Fogel, Taliya Erdal, İsfar Sarabski kimi dünyanın ən tanınmış musiqiçiləri qatılır. Festival zamanı musiqiçilər adətən açıq səma altında çıxış edirlər. Festivalın bədii rəhbəri Azərbaycanın məşhur pianoçusu və bəstəkarı, bir çox beynəlxalq müsabiqələrin laureatı, Carnegie Hall-da çıxış etmək şərəfinə layiq görülmüş cənab Fərhad Bədəlbəylidir.

Lakin caz musiqisi bizə məlum olan və ənənələri dövlət səviyyəsində qorunub saxlanılmaqla, təbliği sürətlə aparılan yeganə musiqi janrı deyil. Bu sırada muğam sənətini xüsusilə vurğulamaq lazımdır. Muğam – Azərbaycan ənənələrinin, folklor və musiqisinin ən incə, əbədi yaşar və zəngin parçasıdır. Dənizkənarı bulvar ərazisində yerləşən Beynəlxalq Muğam Mərkəzində adətən muğam musiqisinin qala-konsertləri təşkil olunur.

Hər il Xəzər dənizi sahilindəki Sea Breeze Hotel & Resort dəbdəbəli otel ərazisində təşkil olunan Jara Beynəlxalq yay musiqili festivalına MDB ölkələrindən bir çox məşhur sənətçilər dəvət olunur. Onların arasında Ani Lorak, А'Studio qrupu, Loboda, Anjelika Varum, Valeriya, Valeriy Meladze, Viaqra qrupu, Qriqoriy Leps, Jasmin, Lolita, Leonid Aqutin, Sergey Lazarev, Filip Kirkorov, Timati və digərləri də vardır. Azərbaycanlı populyar ifaçı və bəstəkar Emin Ağalarov “Jara” Beynəlxalq yay musiqili festivalının təşəbbüskarı təşkilatçılarından biridir. Həyatınızın 4 gününü Rusiyanın ən parlaq ulduzları ilə keçirmək və xarici qonaqların möhtəşəm çıxışlarından həzz almaq şansını əldən verməyin.

Hər il Heydər Əliyev Sarayında keçmiş sovet ölkələrindən, Türkiyədən, İsraildən, Kanadadan, ABŞ-dan olan dünyanın məşhur ifaçılarının və Avropa ölkələrinin bir sıra sənətçilərinin iştirakı ilə konsertlər təşkil olunur. Lara Fabian, Ajda Pekan, Diana Kroll, Alla Puçaçova, Lolita, Larisa Dolina, Tarkan və bir çox digər sənət ustaları Heydər Əliyev Sarayının səhnəsində tamaşaçıların zövqünə oxşayan konsert proqramları ilə çıxış edirlər.

Formula 1 üzrə Azərbaycan Qran-prisi çərçivəsində keçirilən əyləncə tədbirlərinə dəvət almış Enrike İqlesias, Farell Uilyams, Kris Braun, Meraya Keri, Kristina Aqilera, Dua Lipa kimi məşhur simalar səhnədə dünya xitlərini səsləndirmişlər.

Teatr və mədəniyyət pərəstişkarlarına isə Bakı Marionet Teatrını ziyarət etmək tövsiyə olunur. Burada qonaqlar Azərbaycan dilində melodiyaları dinləyərək, Azərbaycanın milli geyimləri, zinət əşyaları və rəqsləri ilə tanış ola bilərlər. Bura, həqiqətən də, ecazkar yerdir!

Baletlə maraqlanırsınızsa, Azərbaycan Dövlət  Akademik Opera və Balet Teatrına baş çəkməyə dəyər. Bu məkan Azərbaycan incəsənətinin sanki ürəyidir. Siz burada nümayiş olunan balet tamaşalarını və şou-proqramları seyr edə bilərsiniz.

Əgər Siz simfonik orkestrin müşayiəti ilə səslənən klassik musiqidən zövq almaq istəyirsinizsə, onda Azərbaycan Dövlət Filarmoniyası məhz axtardığınız məkandır! Filarmoniyanın zalında adətən Bayron Fidetzis kimi məşhur dirijorların rəhbərliyi ilə ölkənin simfonik orkestrləri çıxış edir.

Həm musiqi, həm də bir çox idman tədbirlərinin keçirildiyi daha bir gözəl məkan artıq Azərbaycanımızın rəmzlərindən birinə çevrilmiş Crystal Hall-dur. Dünya şöhrətli ifaçılar Cenifer Lopes, Şakira, Rianna, San-Remo musiqi festivalı ulduzları möhtəşəm konsert proqramları ilə burada çıxış etmişlər. Bu arenanı mütləq görmək lazımdır! 

Ən maraqlısı bilirsiniz nədir? Yuxarıda sadalanan bütün məkanlar eyni zamanda Azərbaycanın tarixi və mədəni irsi olmaqla yanaşı, əksəriyyəti həm də dəyərli memarlıq abidəsidir. Turistlər bu məkanlara məhz həmin memarlıq abidələrinin möhtəşəmliyini seyr etmək üçün gəlirlər.

Musiqi – sülh rəmzidir. LETS GO dünyanın bütün musiqi fanatlarını dinamik hadisələrin həzzini məhz Bakıda çıxarmağa çağırır. Biz Sizlər üçün eksklüziv tur təşkil edib, müxtəlif konsertlərə, şou-proqramlara və teatrlara biletlər əldə etməkdən daha da məmnun olacayıq. Peşəkar sürücülərimiz isə Sizi musiqi zallarına müşayiət edəcək və Sizə hər cür köməklik göstərəcəklər.

Autumn in Azerbaijan

Azerbaijan’s amazingly beautiful nature, ancient history, cultural traditions and hospitality always draw big flow of tourists

11.10.2018
Azərbaycanda baş tutan əlamətdar hadisələr

“Odlar diyarı” kimi tanınan Azərbaycan təkcə dillər əzbəri olan dadlı-təamlı mətbəxi ilə deyil, həm də dünya səviyyəsində ən mötəbər tədbirlərin ənənəvi olaraq təşkil edildiyi qabaqcıl ölkələrdən biri kimi məşhurlaşmışdır

31.08.2018
Bülletene uğurla üzv olun və bütün yeni xəbərləri əldə edin
Azerbaijan Airport Transfers and Driver Services

Heydər Əliyev pr. 152, "Çinar Plaza"

+994554500066, +994554500099

[email protected]

Payment methods