31.08.2018

Azərbaycanda baş tutan əlamətdar hadisələr

2012-ci ildə Azərbaycanda ilk dəfə olaraq Avroviziya mahnı müsabiqəsi keçirilən zaman insanların üzündəki nur, sevinc və məmnuniyyətlə dolu emosiyaları yaxşı xatırlayırıq. Turistlər tədbirin yüksək təşkilat səviyyəsinə, insanlarımızın qonaqpərvərliyinə, mətbəximizə, ən əsası isə, təşkilatçıların yaratdıqları valehedici mühitə heyran olmuşlar. Crystal Hall xüsusi olaraq məhz “Avroviziya” müsabiqəsinin keçirilməsi üçün inşa edilsə də, sonradan Cenifer Lopes, Şakira və Rianna kimi dünya şöhrətli müğənnilərin iştirakı ilə digər konsertlərin də keçirildiyi məkan kimi istifadə olunmuşdur. Av­ro­vi­zi­ya 2011 mah­nı mü­sa­bi­qə­sin­də Azərbaycanı təm­sil edən Ell & Nikki Run­ning Sca­red mah­nı­sı ilə qalib elan olunduqdan son­ra öl­kə­miz növbəti Avroviziya 2012 müsabiqəsini ke­çir­mə hüququnu əl­də etdi.

2012-ci ildə Azərbaycan idman sahəsində yaxşı nəticələr əldə edərək, FİFA U-17 qadınlar arasında dünya çempionatına ev sahibliyi etmişdir. Belə mühüm futbol çempionatı Azərbaycanda ilk dəfə idi keçirilirdi. Azarkeşlərin hərarətli dəstəyi, idman tədbirinin yüksək səviyyədə təşkili və maraqlı oyunlar çempionata xüsusi rəng qatırdı. Yarışın özəlliyini və özünəməxsus incəliyini sezmək üçün qadınların necə futbol oynadıqlarına baxmaq kifayət idi. Bundan başqa, yarışların rəsmi açılış günü Cenifer Lopesin stadionda peyda olması azarkeşlər və izləyicilər tərəfindən böyük coşqu və heyrətlə qarşılanmışdır.

Azərbaycanın ev sahibliyi etdiyi və ölkəmizi şərəfləndirən digər tədbir, şübhəsiz ki, İlk Avropa Oyunları olmuşdur. 2015-ci ilin iyun ayında Avropanın 50 ölkəsindən olan idmançıların iştirakı ilə keçirilmiş bu oyunlar Azərbaycanın təşkil etdiyi ən nüfuzlu idman yarışları kimi yaddaşlarda qaldı. Tarixdə ilk Avropa oyunları və Azərbaycan üçün ilk böyük tədbir olan bu mötəbər oyunlar ölkəmizin, şəhərimizin və insanlarımızın mehribanlığını, səmimiliyini və qonaqpərvərliyini nümayiş etdirmək məqsədi daşıyırdı. Fantastik məkanlar, “Atletlər kəndi”ndə (Athletes Village) yaradılmış gözəl şərait və yarışların yüksək səviyyədə təşkili bütün idmançılarda, rəsmi şəxslərdə və qonaqlarda xoş təəssüratlar yaratmışdı.

Ölkə gündəmini zəbt etmiş növbəti mötəbər tədbir 2016-cı ilin iyun ayında Azərbaycanda keçirilmiş Formula 1 Avropa Qran-prisi olmuşdur. Baku City Circuit (Bakı Şəhər Halqası) Bakı dənizkənarı bulvar boyunca çəkilmiş və yarışlar zamanı qonaqlar üçün müxtəlif əyləncələr təklif edirdi.

175 ölkədən 180 komandanın qatıldığı beynəlxalq önəmli tədbirlərdən biri də 2016-cı ilin sentyabr ayında Bakı şəhərində keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadası olmuşdur. Olimpiada Azərbaycanda təşkil olunmuş və ölkəyə böyük turist axınına səbəb olmuş şahmat üzrə ilk yarış olmuşdur.

IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın təşkilatçılığı ilə 2017-ci ilin may ayında keçirilmiş növbəti multi-idman turniri idi. Artıq idman şəhəri kimi dünyada şöhrət qazanmış Bakımız qapılarını Asiya, Avropa, Afrika və Cənubi Amerikanın 54 ölkəsindən 6000-dən çox idmançının üzünə açmışdır. 21 idman növü üzrə keçirilən yarışlarda Azərbaycan idmançıları yüksək nəticələr nümayiş etdirərək, adlarını ölkənin idman tarixinə həkk etdirdilər.

Azərbaycanın paytaxtı Bakı şəhəri Avropa şəhərləri arasında Bədii gimnastika üzrə Avropa çempionatının dəfələrlə (2007, 2009 və 2014-cü illər) keçirildiyi yeganə şəhərdir. Bədii gimnastikanın mədəniyyət, poeziya, musiqi və incəsənət elementləri ilə vəhdəti mövzusunda təşkil olunmuş və inanılmaz işıqlandırma effektləri ilə müşayiət olunan 2014-cü il Avropa çempionatının möhtəşəm  açılış mərasimi şouya unudulmaz anlar və xüsusi rəng qatmışdır.

Bununla belə, Azərbaycan əldə etdiyi bu nailiyyətlərlə kifayətlənmək fikrində deyil. Növbəti irimiqyaslı tədbir 2019-cu ilin iyulunda keçiriləcəkdir. Belə ki, Bakıda təşkil olunacaq XV Avropa Gənclər Olimpiya Festivalına on idman növü üzrə yarışacaq 3000-dən çox gənc idmançının gəlməsi gözlənilir.

Azərbaycan İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması mövzusunda EXPO 2025 Ümumdünya Sərgisini təşkil etmək təklifini irəli sürüb. Bununla da Bakı bu möhtəşəm tədbirə namizəd şəhərlərdən biri olmuşdur.

UEFA Avropa Liqasının finalı da 2019-cu ildə tarixdə ilk dəfə olaraq ölkəmizdə keçiriləcək. Final matçı Avropa və İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış və bağlanış mərasimlərinin təşkil olunduğu Olimpiya stadionunda baş tutacaqdır. Stadionda həmçinin AVRO-2020 Futbol üzrə Avropa çempionatının oyunları da keçiriləcək.

İdman artıq Azərbaycan xalqının ayrılmaz hissəsinə çevrilmişdir. Ölkəmizdə idmanın qədim kökləri var. İdmanın həm ənənəvi, həm də müasir növləri təkcə son illər yox, bütün zamanlarda dəstəklənib və inkişaf etdirilib.

Bakı şəhərinə səfər edərkən nəzərə alın ki, Formula 1 Qran-prisi hər il keçirilir, Dənizkənarı bulvar isə yarışlar zamanı əyləncə mərkəzinə çevrilir. LETS GO komandası qeyd olunan bütün tədbirlərin gedişatında qonaqlara xidmətlər təklif edir. Biz, LETS GO komandası olaraq, nəzərdə tutulan tədbirlər zamanı müvafiq xidmətlər göstərmək səlahiyyətinə malik ən etibarlı partnyorlardan biriyik. 

Bilet bronlamaq şansını əldən buraxmayın. LETS GO komandası bütün digər məsələlərin qayğısını özü çəkəcəkdir.

Autumn in Azerbaijan

Azerbaijan’s amazingly beautiful nature, ancient history, cultural traditions and hospitality always draw big flow of tourists

11.10.2018
Bülletene uğurla üzv olun və bütün yeni xəbərləri əldə edin
Azerbaijan Airport Transfers and Driver Services

Heydər Əliyev pr. 152, "Çinar Plaza"

+994554500066, +994554500099

[email protected]

Payment methods