Haqqımızda

Lets Go ən yüksək tələblərə malik, ölkədaxili nəqliyyat, tur xidmətlərini müasir formada və yeni səviyyədə çatdıran, onlayn platformaya sahib ilk və yeganə şirkətdir.

"Azetrip" ən yüksək tələblərə malik, ölkədaxili nəqliyyat, tur xidmətlərini müasir formada və yeni səviyyədə çatdıran, onlayn platformaya sahib ilkyeganə şirkətdir. Proqram sayt üzərindən işləyərək Azərbaycanda transferləri, habelə sürücü xidmətlərini və turları onlayn sifariş etməklə, bütün mərhələləri tam rahat şəkildə və əlverişli şərtlərlə həyata keçirə bilən bir yenilikdir.

Biz rəqabətli tarifləri olan, heç bir gizli haqq və gözlənilməz ödəmə tələb etməyən şəffaf bir fəaliyyətlə məşğuluq. Biz münasib şərtlərlə, həmçinin sifarişləri tez və rahat yerinə yetirməyə çalışırıq ki, istifadəçilərimiz vaxtlarına qənaət etmiş, istədikləri rahatlığa sahib olsunlar. Öndə gedən texnalogiya bizim üçün çox vacibdir, eyni zamanda istəyirik ki, bunu istifadəçilərimiz üçün daha sadə formada təqdim edək. Bu baxımdan bizim onlayn məhsulumuz Azərbaycanda unikaldır və analoqu yoxdur.

İstifadəçi veb səhifə üzərindən xidmətləri sifariş vermək, imtina etmək və ya dəyişdirmək imkanına malikdir, sistem həm də onlayn ödəmə etmək imtiyazı verir. Lazım olan sadəcə seçmək, sifariş etmək və səyahətinizdən zövq almaqdır.

"Azetrip” beş ulduzlu (5*) xidmət təklif edir

- 24/7 müştəri xidməti, avtomobildə Wi-Fi, su və meyvə (biznes sinifi və daha yüksək kateqoriyalı siniflərdə), son beş ilin istehsalı olan nəqliyyat vasitələri, təcrübəli sürücülər və xarici dil bilikləri olan lisenziyalı bələdçilər, yüksək səviyyəli qarşılama və yola salma xidməti, sifarişçilərə GPS ilə izləmə imkanı, mobil aplikasiyamız vasitəsilə sürücülərə nəzarət, özəl qaydada hazırlanmış ən maraqlı turlar və s.

Biz sifarişçiləri keyfiyyətli xidmət və sürprizlər ilə heyran etmək üçün əlimizdən gələni etməyə çalışırıq. İnaırıq ki, bizə göstərilən etimad sayəsində etibarlı və peşəkar xidmətlər göstərərək daha da güclənəcəyik.

 “Azetrip” komandası

Bülletene uğurla üzv olun və bütün yeni xəbərləri əldə edin
Azerbaijan Airport Transfers and Driver Services

Heydər Əliyev pr. 152, "Çinar Plaza"

+994554500066, +994554500099

[email protected]

Payment methods